Ölkə

Prezident onları vəzifəsindən azad etdi – SƏRƏNCAM

Prezident onları vəzifəsindən azad etdi – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

7Times.az -un  xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, o, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.

 

***

 

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib.

 

***

 

Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.O, yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri seçilib.

 

***

 

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H. Əsədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.