Siyasət

Prezident seçkiləri ilə əlaqədar Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Prezident seçkiləri ilə əlaqədar Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Apa-nın məlumatına görə, Azərbaycanda yaşayan, səsvermə hüququ olan Özbəkistan vətəndaşları 27 saylı məntəqədə səs verə bilərlər.

Məntəqənin sədri Özbəkistanın Azərbaycandakı sədri Bəhram Əşrəfxanovdur.

Məntəqə lazımı inventarlarla təmin olunub, o cümlədən gizli səsvermə üçün kabinələr qurulub.

Səfirlik seçicilərin siyahısını artıq hazırlayıb. İndiyədək 350 seçicinin siyahısı dəqiqləşib, bu istiqamətdə fəaliyyət davam edir. Seçicilərin əksər hissəsi Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirakı gözlənilir.

Reqlamentə əsasən, səsvermə 08.00-dan 20.00-dək olacaq.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.

Prezidentliyə beş namizəd var. Bunlar Ekologiya Partiyasından Narzullo Oblomuradov, Xalq Demokratik Partiyasından Maksudə Varisova, hazırkı prezident Şevket Mirziyoyev,

“Milli tıklanış” Özbəkistan Demokrat Partiyasından Əlişir Kodirov və Sosial Demokrat Partiyasından Bəhram Abduhəlimovdur.