Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
7times.az xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Follow @7timesaz