Prezident İlham Əliyev Rafael Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
7Times.az xəbər verir ki, Sərəncamla Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, R.Hüseynovun avqustun 12-si 69 yaşı tamam olur.
Follow @7timesaz