Sosial

Prezidentin çıxışından sonra köçkünlər üçün tikilən 4700 ev şəhid ailələrinə ayrıldı

Prezidentin çıxışından sonra köçkünlər üçün tikilən 4700 ev şəhid ailələrinə ayrıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və hündürmərtəbəli binalardan ibarət yaşayış komplekslərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verib. Həmin mənzillər şəhid ailələrinə paylanılacaq”.

7times.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, söhbət 4700 mənzilli qəsəbələrdən və hündürmərtəbəli  binalardan ibarət yaşayış komplekslərindən gedir: “Həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin Samux və Lənkəran rayonu ərazisində inşa edilib.

Həmin komplekslər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri zəruri olan sosial texniki infrastrukturlarla təchiz edilib. Komplekslərdə məktəblər, uşaq bağçaları, klub icmaları və digər infrastruktur obyektləri salınıb. Tam olaraq yaşayış üçün hazır vəziyyətdədir”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş videoformatda keçirilən müşavirədə bildirmişdi ki, bundan sonra köçkünlər üçün tikilən mənzillər şəhid ailələrinə veriləcək: “Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə”.