Cəmiyyət

Prezidentin köməkçiləri Operativ Qərargahı tənqid edən videoblogerlə görüşdü

Prezidentin köməkçiləri Operativ Qərargahı tənqid edən videoblogerlə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyev Operativ Qərargahın qərarlarını tənqid edən satirik videoları ilə gündəmə gələn videobloger Ərtoğrul Kamalovla görüşüb.

7times.az xəbər verir ki, bu barədə Ə.Kamalov özü məlumat yayıb.

Ə.Kamalov bildirib ki, çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu: “Mənimçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları. Allah Sizi qorusun.. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.

Qeyd edək ki, H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ə.Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət edib.