Dünya

Putin bu gün mühüm qərar verəcək – 500 minlik ordu hazırlanır

Putin bu gün mühüm qərar verəcək – 500 minlik ordu hazırlanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya diktatoru Vladimir Putin bu gün yeni səfərbərlik dalğası elan edə bilər”. 

7Times.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) bildirib. Qeyd olunur ki, bu gün Putin Ukraynaya rəsmən müharibə elan edə bilər. Bugünkü tarix onun üçün simvolikdir.

“Putin yaxın günlərdə ordusunu genişləndirmək üçün səfərbərliyin ikinci dalğasını elan edə bilər. Ola bilsin ki, bu, yanvarın 18-də baş verəcək. Kremlin sözçüsü Dmitri Peskov dünən Putinin doğulduğu Sankt-Peterburqun faşistlərin blokadasından çıxmasının 80 illiyi ilə əlaqədar yanvarın 18-də çıxış edəcəyini bildirib. Rusiya prezidenti rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi xoşlayır. Müharibə tərəfdarı olan bəzi rusiyalı blogerlər Putinin bu fürsətdən istifadə edərək səfərbərlik və ya Ukraynaya müharibə elan edəcəyini bildiriblər”, – deyə ISW analitikləri vurğulayıblar.

Analitiklər qeyd ediblər ki, bundan əvvəl Ukrayna və Qərb kəşfiyyat orqanları Putinin yanvarın ortalarında səfərbərlik elan etməyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Bu günlərdə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukraynada birləşmiş qoşun qruplaşmalarının hərbi rəhbərliyi ilə görüş küçirib. O, komandanlarla Rusiya Federasiyası prezidentinin silahlı qüvvələrin şəxsi heyətinin 1,5 milyon hərbi qulluqçuya qədər artırılması haqqında qərarının icrası ilə bağlı müzakirələr aparıb.

Rusiyada Silahlı Qüvvələrin iki yeni spesifik strateji ərazi birliyinin – Moskva və Leninqrad hərbi dairələrinin, habelə işğal olunmuş ərazilərdə özünü təmin edən qoşun qruplaşmalarının yaradılmasına qərar verilib. Rusiya müdafiə naziri bildirib ki, 2023-2026-cı illərdə Rusiya Silahlı Qüvvələrinin tərkibində genişmiqyaslı dəyişikliklər aparılacaq.

Ukrayana KİV də yanvarın 15-də təcavüzkar ölkənin yeni səfərbərlik dalğasına başlaya biləcəyini bildirib. Ukrayna Baş Qərargahının açıqlamasına görə, Kreml artıq kişilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün addımlar atır. Eyni zamanda, səfərbərliyin təxirə salınması üçün mövcud səbəblər aradan qalxır.

Qərb kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası cəbhəyə 500 minə qədər adam göndərmək üçün yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır.

Bakupost.az