Aktual

PUTİN DƏ STALİN KİMİ MANEVR EDƏCƏK, YOXSA…? – Və ya dörd aylıq müharibə nə göstərdi?

PUTİN DƏ STALİN KİMİ MANEVR EDƏCƏK, YOXSA…? – Və ya dörd aylıq müharibə nə göstərdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq analitiklər çox vaxt Rusiyanın Ukraynaya qarşı təcavüzünü SSRİ-nin Finlandiya ilə apardığı müharibə ilə müqayisə edirlər. Həmin vaxt çoxsaylı itkilər hesabına irəliləyən Sovet İttifaqı Qərblə birbaşa qarşıdurmaya getməmək üçün müharibənin dayandırılmasına qərar vermişdi.

Stalin böyük dünya dövlətləri ilə gərginlik yaratmaqdan çəkinərək geriyə addım atmışdı. Bu, o demək idi ki, Stalin qarşısına hansı hədəf qoymasına baxmayaraq, lazım olanda geri çəkilməyi, manevrlər etməyi bacarırdı. Lakin indi Putin və onun ətrafı planetin iqtisadi, texnoloji, hərbi və mədəni lokomotivi olan Qərb dünyası və eləcə də bütün sivil dövlətlərlə dərin münaqişəyə girişib. Bu isə perspektivdə Rusiyanın təklənməsinə, taqətdən salınmasına və nəhayətdə çökməsinə səbəb ola bilər.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.net” internet portalı ”Putin üçün işıq ucu görünmür və ya dörd aylıq müharibə nə göstərdi” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin yazını təqdim edirik:

”Stalin 30 noyabr 1939-cu ildə Finlandiya ilə mühribəyə başlamış və 13 mart 1940-cı il tarixində Vıborqun alınması ilə bu mühüribəni bitirərək sülh danışıqlarına getmişdi. Lakin Stalin qarşısına qoyduğu ilkin məqsədlərə nail ola bilməmişdi. 

 

 

Sovet ordusu 17 fevralda böyük itkilər hesabına “Mannerheym xətti”ni yarıb Helsinki istiqamətinə hücum etsə də, daha irəliyə getməkdən vaz keçmişdi. Çünki Stalinin önündə iki alternativ vardı: SSRİ ya hücumu dayandırmalı və sülh müqaviləsi imzalamalıydı, ya da ki, əks təqdirdə İngiltərə və Fransa Sovet İttifaqına müharibə elan edəcəkdi.

General Edmund Ayronsaydın komandanlığı altındakı 57 min nəfərdən ibarət Britaniya ekspedisiya korpusu artıq hazır vəziyyətə gətirilmişdi. 15 mart tarixində Britaniya qvardiyasının ən qabaqcıl bölmələri Finlandiya ərazisinə daxil olmağı planlaşdırmışdı.

Ancaq vəziyyəti dəyərləndirən Stalin geriyə addım ataraq, Finlandiyanı zəbt etmək istəyindən əl götürmək yolunu seçdi. Nəhəng SSRİ ilə azsaylı əhaliyə malik Finlandiya arasındakı müharibə 3 ay 14 gün çəkdi.

 

 

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dörd aydan çoxdur ki, davam edir. Bu müddət ərzində Stalin artıq “manevr etməyə” macal tapmışdı. Finlər kimi ukraynalıların da necə möhkəm dirəniş mümayiş etdirdiyinin şahidi oluruq. O zamankı Sovet ordusundan fərqli olaraq Rusiya ordusunun strateji üstünlüyü görünmür.

Müharibə uzunsürən xarakter alıb. Severodonetsk şəhərinin hələ bir ay bundan əvvəl bu gün və ya sabah zəbt ediləcəyi gözlənilsə də bu, yalnız indi baş verdi. Hələ qabaqda yeni ağır döyüşlər var. Putin üçün heç bir işıq ucu görünmür.

Əgər məsələyə beynəlxalq planda baxsaq, 1940-cı ildə Stalinin vəziyyətinin Putinin 2022-ci ildəki müvafiq durumu ilə müqayisədə xeyli əlverişli olduğunu görərik. Həmin dövrdə Avropa iki ölkələr qrupuna bölünmüşdü. Bunlardan biri SSRİ-nin tərəfində olan AntiKomintern paktı idi və onlar Finlandiyaya kömək göstərmədi.

 

 

Hazırda bütün Avropa ölkələri yekdildirlər və maliyyə itkilərinə məruz qalsalar da, onların hamsı (Belarusdan başqa) Rusiyaya qarşıdırlar və Ukraynaya hərtərəfli kömək edirlər. Rusiyapərəst və neytral ölkə nəinki Avropada, bütün azad və demokratik dünyada qalmayıb. Hindistan istisna təşkil edir.

Ukrayna yenicə Avropa Birliyinə üzvlüyə namiizəd qəbul olunub və müharibənin ilk günündən NATO-nun strateji müttəfiqinə çevrilib. Ramştayn müşavirəsinə toplaşan anti-Putin koalisiyası dövlətlərinin sayı artıq əlliyə çatır. Bundan başqa, Putin və Rusiya bütün dünyada ciddi surətdə hörmətdən düşür. Bir vaxtlar “Time” jurnalının üz qabığında Vladimir Putinin portretlərinə tez-tez rast gəlinirdi. İndi həmin dövrlər artıq geridə qalıb. Hazırda dünyada ən populyar şəxs Ukrayna Prezidenti Volodimir Zelenskidir və bu, artıq danılmaz faktdır.

Bütün dünyaya qalib gəlmək mümkündürmü? Sözsüz ki, yox! Bu, heç kimə, heç zaman müəssər olmayıb. Diplomatiya müttəfiqlər axtarmalı və düşmənin koalisiyasını parçalamalıdır. Ancaq Lavrov hər şeyi tərsinə edir. O, deyir ki, Qərb düşməndir. Bu sözlərdən sonra ona necə diplomat demək olar?

 

 

Ancaq o, başqa cür ola bilməz. Həqiqətən də Putinin inadkarlığı bütün sivil dünyanı Rusiyanın düşməninə çevirib. Simanın tamamilə itirilməsi prosesinə zaman özü yekun vuracaq.

Əlbəttə, Rusiya böyük dövlətdir və rəhbərin qamçısına adət edib. Bu müharibədən yeganə qazanc götürən təbliğatçılardır. Onlar “xüsusi əməliyyat”a bəraət qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar, amma iqtisadi, hərbi, siyasi fəlakətin perspektivi Rusiya üçün daha aydın görünməyə başlayır. Bütün tərəqqipərvər dünya Ukraynanı “əlləri üstündə gəzdirdiyi” halda, Rusiyadan üz döndərir.

Belə bir dəhşətli vəziyyətdə hərbi məğlubiyyət və uğur qazanmaq elə də böyük əhəmiyyət kəsb etmir. Rusiyadakı rəhbərlikdə dəyişiklik baş verməyənə kimi bu siyasi uğursuzluğun aradan qaldırılması mümükün olmayacaq və indiki hakimiyyət xilas olmaq naminə hər hansı diplomatik manevrə getməyəcək.

1940-cı ildə Stalin manevr etdi və öz hakimiyyətini saxladı. Hansı manevrlərin lazım olmasını dəqiq söyləmək çətindir, ancaq geriyə çəkilmək hər şeyin itirilməsindən daha yaxşıdır”.