“2020-ci ildəki Putin və indiki Putin Azərbaycana müxtəlif dərəcədə təsir imkanlarına malik
“İndi Rusiyanın Azərbaycana təsir rıçaqları daha da zəifdir. 2020-ci ildəki Putin və indiki Putin Azərbaycana müxtəlif dərəcədə təsir imkanlarına malikdir. Ukraynadakı [xüsusi əməliyyat] Rusiyanın beynəlxalq mövqelərinə və Putinin nüfuzuna ciddi zərbə vurdu. Eyni zamanda, qismən beynəlxalq təcrid vəziyyətinə düşmüş Rusiya üçün Azərbaycan və Türkiyənin nəqliyyat-logistika imkanlarının əhəmiyyəti xeyli artıb. Bakı Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla faktiki olaraq hərbi müttəfiqlik əlaqələri formalaşdırıb”.
Moderator.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Azad İsazadə “Kavkazski uzel” nəşrinə açıqlamasında ifadə edib.
“Putin bu gün İlham Əliyevə zəng edib onunla Azərbaycan-Ermənistan münaqişəsinin həllini müzakirə edə, ona nəsə tövsiyə edə, yaxud ondan nəsə istəyə bilər. Azərbaycan da öz növbəsində nəyisə nəzərə ala, nəyisə eşidə bilər. Bununla belə, Bakı heç bir halda öz strateji xəttindən əl çəkməyəcək”, – deyə açıqlamasının davamında İsazadə bildirib.
O hesab edir ki, Qarabağ erməniləri üçün ən etibarlı təhlükəsizlik təminatını Azərbaycan prezidenti İlham Əliyev verə bilər.
“2020-ci il müharibəsindən sonra Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərini ölkə vətəndaşları üçün nəzərdə tutulan bütün hüquqlarla təmin etməyə hazırdır. Azərbaycan regionun ermənisizləşdirilməsini qarşısına məqsəd qoymur. Bakının tələbləri ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılsın və yerli erməni birləşmələrinin tərksilahı həyata keçirilsin”, – deyə ekspert izah edib.
İsazadə vurğulayıb ki, Azərbaycanın dünya birliyinin üzvü kimi ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq öhdəlikləri var və bu, Qarabağ ermənilərinə də şamil olunacaq.
dir…”
Follow @7timesaz