Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanı “Şərəf” ordeni ilə təltif edib.
7Times.az Lenta.ru nəşrinə istinadən xəbər verir ki, mükafatın verilməsinə səbəb Kadırovanın aktiv ictimai fəaliyyətlə məşğul olmasıdır.
Qeyd edək ki, Aymani Kadırovanın Rusiyanın müxtəlif regionlarının sakinlərinə müntəzəm olaraq humanitar yardım göndərən fondu var.
Follow @7timesaz