Siyasət

Putin Qarabağ haqda müzakirə apardı

Putin Qarabağ haqda müzakirə apardıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Vladimir Putin və Şarl Mişel Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

7times.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti və Avropa Şurasının rəhbəri telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr sayılıb.

Şarl Mişel ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.