Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcək.
“Ölkə.Az” “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyəli işgüzar görüşə dəvət edilib.
Nəşr qeyd edir ki, çərşənbə günü Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edəcək və bir sıra görüşlər keçirəcək.
Qəzetin yazdığına görə, görüşlər zamanı Türkiyə və Rusiya arasında yüksək səviyyəli işgüzar görüş üçün zəmin hazırlanacaq.
Bundan əlavə Novakın rəhbərlik etdiyi nümayəndə heyətinin danışıqlar zamanı müzakirə edəcəkləri əsas mövzulardan biri yüklərin daşınması məsələləri olacaq.
“2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 milyard 25 milyon dollar təşkil etsə də, 2022-ci ildə bu istiqamətdə azalma müşahidə olunur. Nəqliyyat probleminin həlli və nümayəndə heyətləri arasında ticarətin həcminin artırılması üçün qiymətləndirmə işləri aparılacaq”, – mətbu orqanı yazır.
Ərdoğan Putin görüşündə əsas müzakirə olunacaq məsələlərdən biri Ukraynadakı vəziyyət olacaq.
Follow @7timesaz