Siyasət

“Putinin ölümündən 2 il sonra Krım və Donbas Ukraynaya qayıdacaq, ruslar Laçın dəhlizini tərk edəcək” – ŞOK AÇIQLAMA

“Putinin ölümündən 2 il sonra Krım və Donbas Ukraynaya qayıdacaq, ruslar Laçın dəhlizini tərk edəcək” – ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş Sovet ittifaqına daxil olan ölkələrin içərisində ən az yaşlısı Rusiyadır. Prezident Putinin rusiyanın qədim tarixi olmasından danışması bu insanın mütləq mənada savadsızlığına dəlalət edir. Yaxud əksəriyyətinin yarı kefli olduğu rusların düşünmək istəməməsindən yararlanır”.

7Times.az KONKRET.az-a  istinadən xəbər verir ki, bu barədə Azərbaycanın sabiq spikeri Rəsul Quliyev fikir bildirib. O, əslində Rusiyanın ölkə olmasının 17-ci əsrdən başladığını deyib: “Rusiya knyazlıqlar şəkilində ya Monqol -Türklərinin, ya Polşanın ya da Litva ölkələrinin tabeçiliyində olub. Təriflədikləri öz nazirlərini diri-diri qaynar yağ çəlləklərində bişirən İvan Qroznı ancaq Moskvanın knyazı idi. Krım xanlığı bir neçə dəfə Moskvanı işğal etmişdi və İvan Qroznı krımlılara hər il xərac verirdi. Putin isə daima qonşularını qorxu içərisində saxlayır. Məsələn Qazaxstanın ölkə olmadığını deyir, Rusiyanın bu ölkəni yaratdığını elan edir və onun varidatı olduğu üçün istənilən vaxt yenidən geri ala biləcəyinə işarə vurur. Bu insan (Putin-red) Roma imperiyasında legioner kimi iştirak edən Ukraynanı da Rusiyanın yaratdığını iddia edir. Ukraynalılar tarixdə olduqları vaxtdan azı 700 il sonra Ruslar peyda olublar. 17-ci əsrdə Qərbdə bütün müharibələri uduzan ruslar heç kimin yaşamadığı, getmədiyi Sibirdə bəzi yerlərdə məskunlaşıb və buraları Rusiya adlandırıblar. Bu günün özündə də Rusiyanın Ural dağlarından, Yaponiyaya qədər olan ərazisində cəmi 25-30 milyon adam yaşıyır, 120 milyon isə Avropa hissəsində məskunlaşıb”.

Onlar bir bezin qırağı deyil” – Rəsul Quliyev Ermənistandakı seçkiləri dəyərləndirdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rəsul Quliyevin sözlərinə görə, Osmanlı və İran imperiyaları arasında Bağdad uğrunda aparılan müharibədən istifadə edib 1812 və 1828-ci illərdə Şimalı Azərbaycan, Dağıstan və Gürcüstanı işğal edib öz torpağı adlandıran Rusiya imperiyası bu ölkələrin dilinə, milli mədəniyyətinə, həyat tərzinə, dininə təcavüzə başlayıb: “Bu millətləri ruslaşdırmaq üçün dəridən qabıqdan çıxıblar, ancaq istəklərinə nail ola bilməyiblər. 1918-ci ilin mayında Zaqafqaziya ölkələri müstəqillik elan ediblər. Bolşevik Rusiyasının başı özünü işğaldan xilasa və sonra vətəndaş müharibəsinə qarışmışdı. Azərbaycan və Gürcüstanın müəyyən mənada ölkə yaratmaq üçün torpaqları var idi. Ermənistanın isə heç bir şeyi yox idi. Ermənistanı yaratmaq üçün Türkiyə və Azərbaycan ermənilərə torpaq verib… İndi Putin Ermənistanı Rusiyanın yaratdığını iddia edir. Heç kim də bu adama “Yalan danışma!” demir”.

Eks spikerin sözlərinə görə, Ermənistanın yaranmasında 3 ölkənin qolu var – Türkiyə-Azərbaycan-Ermənistan: “Onlara verilən sahələr isə 16 min kvadrat kilometr olub. Putin öz xoşuna heç vaxt vəzifəsindən getməyəcək. Ancaq daima yaşamaq mümkün deyil. Ona görə də Putinin ölümündən ən çoxu 2 il sonra Krım və Donbas Ukraynaya qayıdacaq. Rus qoşunları Laçın dəhlizini tərk edəcək. Rusiya imperiyasında Ural dağlarından Yakutiyaya qədər Sibir, Altaydan Saxalinə qədər isə Şərqi Sibir ölkələri yaranacaq. Onların da əsas əlaqələri Çin və Yaponiya ilə olacaq.

KONKRET.az