Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu barədə Makron Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.“Prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllə nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək”, – deyə Makron qeyd edib.
Follow @7timesaz