Siyasət

Putinlə Ərdoğan Qarabağı müzakirə etdi: Ankaradan TƏKLİF

Putinlə Ərdoğan Qarabağı müzakirə etdi: Ankaradan TƏKLİFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

7times.az xəbər verir ki, danışıqlar zamanı Qarabağda yerləşən Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, üçtərəfli razılaşmadan sonra bölgədə yaranmış situasiya müzakirə olunub. İki lider Mərkəzin öz missiyasını uğurla icra etdiyini təsdiqləyib.

Türkiyə prezidenti Dağlıq Qarabağla bağlı təklif verib.

“Türkiyə və Rusiya ekspertləri Azərbaycanla birgə Dağlıq Qarabağda avtomobil və dəmir yolu xətlərinin vəziyyətinin yaxşılaşdırılmasını müzakirə edə bilər”-deyə Ərdoğan söyləyib.

Bundan başqa, iki lideri Suriya və Liviyadakı son hərbi-siyasi prosesləri də müzakirə ediblər.