Ölkə

Qabiliyyət imtahanlarının nəticələri AÇIQLANDI

Qabiliyyət imtahanlarının nəticələri AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə 1 iyun 2024-cü il tarixində keçirilmiş qabiliyyət imtahanlarının yekun nəticələri elan edilib.

 

Bu barədə 7Times.az -a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

 

Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

 

5 iyun 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 70-ci proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil olunacaq. 69-cu proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə imtahanların keçirilməsi qaydalarına uyğun olaraq həmin gün baxılıb.