Manşet

Qaçan yox qovan tərəfə çevrilən “AZƏRİQAZ”

Qaçan yox qovan tərəfə çevrilən “AZƏRİQAZ”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “AZƏRİQAZ” deyəndə Ruslan Əliyev və onun aktiv fəaliyyəti, həmçinin vəzifə abstraksiyası xatırlanır. Mütəmadi olaraq sosial şəbəkələrdən canlı yayımlara çıxıb abonentlərini bir başa olaraq özü dinləyən ən böyük xidmət təşkilatının rəhbəri kimi. Sadə, mehriban və sələflərindən fərqli olaraq əlçatan olan Ruslan Əliyev özü kimi “Azəriqaz”ın da imicini və iş mexanizmini dəyişə bilib. O, baş direktor təyin edilməmişdən öncə də 4 il  həmin qurumda direktor müavini işləyib. Amma Əkbər Hacıyev onu özündən bir addım irəli buraxmayıb. Düzü Ruslan Əliyev baş direktor təyin edildikdən sonra mən onun bu canfəşanlığını sadəcə bir imic formalaşdırmaq üçün lazım olan səhnəcik olduğunu düşünmüşəm. Amma zamanla müşahidə etdiyim dəyişikliklər bu fikrimdən daşındırdı məni.

Ruslan Əliyev “Azəriqaz”a elə bir abu-hava gətirdiki bunu qurumun bütün xidmət sahələrində görmək mümkündür. Problemdən qaçan tərəfdən problemi qovan tərəfə çevrildilər onlar. Bu bütün dövlət qurumlarının və strukturlarının etməsi züruri olan dəyişiklikdir. Ruslan Əliyev həssas əhali qruplarından olan abonentlərin siyahıya alınmasını təmin etdi. Onların istifadə etdiyi mavi yanacağın sərfiyyatının ödənilməsi üçün tam fərqli bir addımlar atdı. Özünü abonentlərinə “əlçatan” etməklə qurumda şəffaf bir idarəçiliyin yaranmasına zəmin yaratdı.

Yerli rayon təşkilatlarından narazı olan hər kəs asanlıqla Ruslan Əliyevə sosial şəbəkə seqmentində yetişib problemini asanlıqla ona çatdıra bilir. Bu nüans həm də rüşvətin qarşısını alan ən təsirli üslublardan biridir.

”Azəriqaz” bu gün ölkənin nümunəvi bir təşkilatına çevrilməkdədir. Bu qurum Ruslan Əliyevin sayəsində son 2 ildə kifayət qədər böyük bir məsafə qətt etdi. Ümid edirik bundan sonra da o öz tamahına və nəfsinə qalib gələrək bu ürəkaçan və səmərəli fəaliyyətini davam etdirə biləcək.

Cəlal Fərzəliyev

7times.az