Maqazin

“Qadın izin verirsə, kişi xəyanət edir”

“Qadın izin verirsə, kişi xəyanət edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızıma güvənirəm. Yaşa dolduqca fikirləşirəm ki, Bənövşə ailə qurduqdan sonra onunla bacı kimi danışa bilərəm. İndi onun valideyni, dostuyam. Övladlarımla hər şey danışıram, amma qədərində. Onunla rəfiqə olsam, sabah yanımda ağzına gələni danışa bilər”.

7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Üzə-düz” verilişində deyib. O bildirib ki, övladları ailə quranda onların seçiminə qarışacaq:

“Bənövşə kimi seçsə, yeddi arxada qalanlarını araşdıracam. Zamanında valideynlərim mənim üçün seçdilər, mənə soruşmadan verdilər. 5 ildən sonra boşandıq. Ailə, gen mənim üçün önəmlidir. Corc (övladlığa götürdüyü oğlu – red.), Bənövşə kimi seçsə, baxacam. Onlarla söhbətimiz olacaq. Mental dəyərlər mənim üçün önəmlidir”.

R.Zərgərli ayrıldığı həyat yoldaşının xəyanətindən danışıb:

“Qadın heç vaxt məğlub olmur. Pişik kimidir, onu çırp yerə ayağı üstündə duracaq. Mənə dedilər ki, yoldaşım xəyanət etdi, boşandı. Onu boş buraxdım deyə, xəyanət etdi. Kişi mənimdirsə, mənimdir. Getdisə, getsin. Mənə deyirdilər ki, ərin xəyanət etsə, özünü öldürərsən. Amma gördülər ki, yox. Qısqanc deyiləm, hər zaman deyirdim ki, ömrümdən kəs ona ver. Əgər sən bunu itirdinsə, sən itirdin. Kimsə xəyanət edirsə, özünü və sevdiyini itirir. Qadın izin verərsə, kişi xəyanət edər. Buraxdım ki, görüm nə olacaq? Xəyanəti bağışlamışam, amma sonuncuda olmadı”.