Maqazin

Qalmaqallı evliliyin keçdiyi mənzil 1,7 milyona satılır – Fotolar

Qalmaqallı evliliyin keçdiyi mənzil 1,7 milyona satılır – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördlə qalmaqallı evliliyinə şahid olan mənzil satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, ikilinin 15 ay birlikdə yaşadığı evin sahəsi cəmi 157 kvadratmetrdir. Mənzildə bir neçə otaq da var – mətbəx, bir yataq, iki vanna və qonaq otağı. Mülk Los-Ancelesin mərkəzindəki yaşayış komplekslərindən birində yerləşir. Mənzilin pəncərələrindən bütün şəhəri görmək mümkündür.

Mənzilin satış qiyməti 1 milyon 765 min dollar təşkil edir.