Ölkə

Qarabağ azad edildi, indi onların hədəfi Zəngəzur və İrəvandır” – Erməni politoloqdan ŞOK

Qarabağ azad edildi, indi onların hədəfi Zəngəzur və İrəvandır” – Erməni politoloqdan ŞOKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu insanlar (azərbaycanlılar – red.) öz proqramlarını minimum həyata keçirdilər. Yəni Qarabağı azad etdilər. İndi isə onların qarşısında maksimum proqramı həyata keçirmək durur”.

7Times.az xəbər verir ki, bu fikirləri “Ekspertlər Klubu” verilişində qonaq olan erməni politoloq Armine Adibekyan səsləndirib. O bildirib ki, indi Azərbaycanın qarşısında dayanan maksimum məsələ Zəngəzuru, Basarkeçəri, İrəvanı, Qarakilsəni və digər əraziləri azad etməkdir: “Hazırda Azərbaycanda növbəti nəsli buna hazırlayırlar. Çünki bilirlər ki, xoşulqla heç kim bu əraziləri onlara qaytarmayacaq. Əgər onlar Qarabağı azad ediblərsə, onda niyə sadaladığım torpaqları da geri qaytarmasınlar” – deyə Adibekyan istehzalı şəkildə vurğulayıb.

Adibekyan guya Azərbaycanın Gürcüstana (Borçalı, Marneuli), İrana (Təbriz, Ərdəbil və sairə) və hətta Rusiyaya (Dərbənd) qarşı ərazi iddiasının olduğunu da bildirib. Verilişdə erməni politoloq bu haqda danışarkən aparıcının guya təəccübləndiyi də diqqətdən yayınmayıb. Görünür erməni aparıcı və ekspertin əsas məqsədi Azərbaycanı qonşu ölkələrə qarşı ərazi iddiası irəli sürən dövlət kimi təqdim etmək olub. Lakin bu məqsədin heç də uğurla nəticələndiyini demək mümkün deyil. Çünki bütün dünya ermənilərin başqa dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyünü, hətta həmin ölkələrin tarixini, mədəniyyətini, milli mətbəxini özününküləşdirməyə çalışdığını yaxşı bilir.