“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04” ilə baş tutan oyunun nəticəsinə əsasən Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.
7Times.az xəbər verir ki, Ağdam klubunun heç-heçə etməsi ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.
Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,875-ə çatıb.
Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib. 20,375 əmsala sahib Bolqarıstan 26-cı yerdə qərarlaşıb.
Siyahıya 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85,855) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Follow @7timesaz