Misli Premyer Liqasının VI turunun “Qarabağ” – “Sabah” oyununun yeri dəyişdirilib.
Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Buna səbəb “Qarabağ”ın Peşəkar Futbol Liqasına (PFL) müraciəti olub. Ölkə çempionu “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını mərkəzi stadionda keçirmək istədiyini bildirib. Bu müraciəti nəzərə alan PFL həm “Sabah”la, həm də sonrakı qarşılaşmaların yerini dəyişdirib.
Növbəti rəsmi bildirişə qədər “Qarabağ” Premyer Liqa çərçivəsində rəqiblərini Respublika stadionunda qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ” – “Sabah” oyunu sentyabrın 17-də keçiriləcək.
Follow @7timesaz