Siyasət

Rüstəm Muradovu bu şəxs əvəz edə bilər – FOTO

Rüstəm Muradovu bu şəxs əvəz edə bilər – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə ehtimal olunan şəxsin adı açıqlanıb.

7Times.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sülhməramlı kontingentin komandiri general-leytenant ​Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəzləyə bilər.

Mixail Kosobokov əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb. O, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Xatırladaq ki, hələ may ayında rotasiya qaydalarına əsasən, Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, Muradov o zaman öz vəzifəsində qalmışdı.