Region

Qaradağda ərzaq mağazası, Xaçmazda ev yandı

Qaradağda ərzaq mağazası, Xaçmazda ev yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağda ərzaq mağazası, Xaçmazda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən  7Times.az –  a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 64 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Sahillər qəsəbəsində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 140 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.