Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanatlar yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən 7times.az-a verilən məlumata görə, bəyanatlarda deyilir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq bütün cəbhə boyu Azərbaycanın mülki və hərbi obyektlərinə intensiv surətdə artilleriya zərbələri vurması nəticəsində mülki vətəndaşlar və hərbçilər arasında itkilər var. Cəbhəyanı bölgədə mülki infrastruktura, yaşayış məntəqələrinə və hərbi obyektlərə böyük ziyan dəyib ki, bu da beynəlxalq humanitar hüququn kobud surətdə pozulması deməkdir.
Bəyanatlarda, həmçinin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış edilmiş, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal qeyd-şərtsiz çıxarılmasına təsir göstərilməsi istənmişdir.
Follow @7timesaz