İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edilib.
7Times.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Onun digər əmri ilə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə olunub.
Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiya Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin balansında olub. 2014-cü ildən dövlət əmlakı kimi ƏMDX-nın balansındadır.
Follow @7timesaz