Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələnə qədər NATO üzvü ola bilməyəcək.
7Times.az xəbər verir ki, Zelenski bunu NATO Baş katibi Yens Stoltenberqlə birlikdə bir qrup hərbçi ilə keçirdiyi görüş zamanı deyib.
Prezident hesab edir ki, müharibə davam etdikcə, Ukraynanı alyansa qəbul etrməyəcəklər: “Müharibə zamanı NATO-ya qəbul olunacağımızı düşünmürəm, bəzi NATO üzvləri üçün bu, risklidir, bəziləri isə buna skepsislə yanaşır. NATO məsələsi, baş katibin (Stoltenberg – Red.) düzgün dediyi kimi, çoxluğun məsələsidir və Ukraynanın siyasi olaraq Alyansa qəbul olunması üçün bu, qələbə tələb edir”.
Prezident hesab edir ki, bugünkü müharibənin səbəblərindən biri də məhz Ukraynanın əvvəldən NATO-da olmamasıdır.
“AzPolitika”
Follow @7timesaz