Manşet

Qəmlo erməniləri belə öldürüb – Dayısı oğlu danışdı

Qəmlo erməniləri belə öldürüb – Dayısı oğlu danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Axrıncı aşırım” filmində mərhum aktyor Məlik Dadaşovun canlandırdığı Qəmlo obrazının real həyatdakı adı Qəmbəralı olub. O, filmdə real həyatdakı kimi göstərilməyib. Qəmlo əslində xeyirxahlığı, Vətənə sevgisi ilə seçilib.

7times.az xəbər verir ki, bu sözləri Qəmlonun İmişli rayonunda yaşayan dayısı oğlu Lətif Həsənov deyib.

“O, daşları yığıb gətirirdi. Atam soruşurmuş ki, bu nə daşıdır, yenə başlamısan? Qəmlo daşları cibində təsbeh kimi oynadacağını deyirmiş. Bir gün evə qayıdanda atamdan soruşub ki, bu daşları say görüm, neçəsi qalıb? Atam sayıb, 30 daş qaldığını deyib. Qəmlo isə cavabında, “Demək, 70 erməni öldürmüşəm, evə tez gəlmişəm!” deyib.

Qəmlonun həmin dövrdə əsas mübarizəsi erməni daşnaklarına qarşı olub. Həmyerlilərimizi dəfələrlə erməni hücumundan qoruyub. Kəndimizə hücum etmək istəyən daşnakların general və zabitlərini öldürüb”, – L.Həsənov bildirib. Kult.az