Aktual

“Qərb bu fürsəti əldən verməz, İran çökdürüləcək” – Açıqlama

“Qərb bu fürsəti əldən verməz, İran çökdürüləcək” – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ rəqiblərini, xüsusilə Rusiya, İran və Çini zəiflətməyi qarşısına məqsəd qoyub”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, indiyədək ABŞ və müttəfiqləri bir neçə dəfə Tehrana xəbərdarlıq ediblər:

“Çox güman, Ağ Evin İrana qarşı sanksiyaları yaxın vaxtlarda bir az da güclənəcək. Bu ərəfədə İranda ciddi miqyasda etiraz aksiyalarının keçirilməsini təsadüfi hesab etmirəm. Mitinqlərdə ikinci tərəfin, o cümlədən ABŞ-ın əlinin olması istisna deyil. Adətən təbii aksiyalar maksimum 10 gün davam edir. İranda isə mitinqlər bir aydır, səngimir. Kənar gücün təsiri olmadan buna nail olmaq mümkünsüzdür. İrandakı aksiyalar kifayət qədər mütəşəkkildir. Mitinqlərin yaxın vaxtda başa çatacağı ağlabatan deyil. Çox güman, etirazçılar istədiklərinə nail olanadək mübarizə aparacaqlar”.

Müsahibimiz qeyd edib ki, yaxın gələcəkdə İrandakı aksiyaların miqyası daha da genişlənə bilər:

“Bu, gələcəkdə Cənubi Azəbaycana muxtariyyətin verilməsi, hətta Cənubi Azərbaycanın müstəqilləşməsi ilə nəticələnə bilər. İkinci bir tərəfdən, İrandakı molla rejiminin süqutuna da çox qalmayıb. Böyük ehtimalla İrandakı aksiyaların nəticələrindən biri də məhz bu olacaq. Hər halda Qərb bu cür fürsəti əldən verməz”.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı  “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”, – deyib.