“Bu gün dünya “soyuq müharibə” dövründə olduğundan daha çətindir”.
Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Qərblə vidalaşırıq və həyatımızı özümüz quracağıq”,- Lukaşenko bildirib.
Qeyd edək ki, Belarusla Qərb ölkələri arasında münasibətlər 2020-ci il avqustun 9-da keçirilən prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib. Seçkidə 80,1% səs toplayan Lukaşenko yenidən prezident postuna yiyələnib. Daha sonra ölkədə müxalifətin kütləvi etiraz aksiyaları keçirilib. Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkədəki etiraz aksiyaları xaricdən təşkil olunub.
Follow @7timesaz