Qəzzada oktyabrın 7-dən başlayan hərbi əməliyyatlar zamanı indiyədək 34 min 735 fələstinli ölüb, 78 min 108 nəfər yaralanıb.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də HAMAS-ın İsrailə qəfil hücumu nəticəsində 1400-dən çox şəxs qətlə yetirilib, aralarında qadınlar, yaşlılar və uşaqlar da olmaqla 222 nəfər HAMAS tərəfindən girov götürülərək Qəzzaya aparılıb.
Bunun ardınca İsrail ordusu Qəzza sektorunda hərbi müdaxilə edib.
Follow @7timesaz