Siyasət

Qırğızıstanın Azərbaycandakı səfiri o olacaq

Qırğızıstanın Azərbaycandakı səfiri o olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsi Kayrat Osmonəliyevin Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə 7times.az Qırğızıstan mətbuatına istinadən xəbər verir.

Qərar bazar ertəsi keçirilən iclasda qəbul edilib. Kayrat Osmonəliyev il ərzində işin nəticələrini nümayiş etdirməyi və Bakı ilə münasibətləri yaxşılaşdırmağı vəd edib.

Qeyd edək ki, K. Osmonəliyevin 48 yaşı var. O, 2010-2016-cı illərdə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatik Akademiyada prorektor vəzifəsində çalışıb. Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. Xarici işlər nazirinin müavini Nuran Niyazəliyevin sözlərinə görə, K. Osmonəliyev ingilis dilində sərbəst danışır.