Ölkə

QMİ Ramazan ayının başlanması ilə bağlı FƏTVA verəcək

QMİ Ramazan ayının başlanması ilə bağlı FƏTVA verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.

Qurumun mətbuat xidmətindən 7times.az-a bildirilib ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək.

Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən  müəyyən edir.