İqtisadiyyat

Qoşqar Təhməzli Rusiya nümayəndə heyətini qəbul edib – FOTO

Qoşqar Təhməzli Rusiya nümayəndə heyətini qəbul edib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli  Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib.

7times.az xəbər verir ki, “Rosselxoznadzor”un Moskva şəhəri və müvafiq vilayətləri üzrə Dövlət Fitosanitar Nəzarəti şöbəsinin müdir müavini Sergey Aleksandroviç, Dövlət Sərhədində Karantin Fitosanitar Nəzarəti İdarəsinin baş dövlət müfəttişi Olga Sergeevna, müvafiq bölgələr üzrə Bitki karantininə nəzarət şöbəsinin müdiri Yulia Viktorovna və Bitki karantini, toxum istehsalı və taxıl təhlükəsizliyi sahəsində nəzarət şöbəsinin müdiri İrina Alekseevnanın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub. AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

Görüşdə Rusiya Federasiyasına pomidor ixracı zamanı notifikasiya verilmiş müəssisələr və hazırda bu təsərrüfatlarda həyata keçirilən tədbirlər, birgə videomonitorinqlər keçirilmiş müəssisələrlə bağlı mövcud vəziyyət, bitki mühafizəsinin təmin olunması sahəsində  təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər  diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qoşqar Təhməzli Rusiya nümayəndə heyətini qəbul edib -FOTO