Manşet

Qoyun balalarınızı qabağınıza düşünün: Hərəkətə keçməyin vaxtı deyil? – SOS

Qoyun balalarınızı qabağınıza düşünün: Hərəkətə keçməyin vaxtı deyil? – SOSbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gül kimi balalarımızı qurban veririk narkotikə

Son günlər narkotik vasitələr günümüzün ən populyar mövzusuna çevrilib. Bu bəlanı bizə bu qədər yaxınlaşdıran və bulaşdıran səbəblər nədir?Nədir bizim bu çirkin alışqanlıqlara olan zərurətimiz? Niyə əlimizi qolumuzu çırmalayıb buna qarşı birgə mübarizə aparmağa cəhd etmirik? Mən bir jurnalist kimi boğaza yığıldım bu tip xəbərləri yaymaqdan. Hər gün ya tonlarla marixuana aşkar edilir ya da patı satan insan.

Patı son zamanlar Qarabağ qədər dilimizdə ən ümumişlək bir sözə çevrilib. Patı satan, patı təbliğ edən, patı istifadə edən. Patı. patı. patı…

Bu vasitələr sosial şəbəkə seqmentində belə aşkar formada təbliğ edilirsə artıq həyacanlanmağın zamanıdır.

Narkotik vasitələr bu gün hər kəsin rahatlıqla tapıb ala biləcəyi qədər çox yayılıb. Günü-gündən adətə çevrilən zorakılıqların və intiharların da dolayı səbəblərindən biri bu alışqanlıqdır əlbət. Hələ oğurluq və xırda talama hadisələrindən bəhs etmirəm. Son zamanlar bu vasitələrə qurşananlar arasında gənclərin üstünlük təşkil etməsi isə faciənin “SOS” mərhələsində olduğumuz anlamına gəlir.

Gül kimi balalarımızı qurban veririk narkotikə.

Hələ düşünməyə və qərar verməyə az da olsa zamanımız var.

Artıq ölkə başçısının narkotiklə mübarizə tədbirləri çərçivəsində xüsusi bir komissiya yaradıb fəaliyyəti üçün fərman verməsi zərurəti formalaşır. Vətəndaş cəmiyyətinin də bu mübarizə tədbirlərinə səfərbər olması və aktiv iştirakının təmin edilməsi qaçılmazdır. Zənnimcə narkomaniyaya qurşanan insanları (ən ağır vəziyyətdə olanları) mütamadi olaraq təhsil müəssisələrinə cəlb etməklə onun ağır nəticələri barədə şagirdlərə əyani formada nümayiş etdirmək lazımdır. Və yaxud stasionar müalicə dispanserlərinə məktəbli ekskursiyaları təşkil etmək olar. Amma bu məsələnin profilaktik tərəfidir. Aktiv mübarizə tədbirləri daha zəruridir.

Daxili İşlər Nazirliyi hər zamanki kimi intensiv mübarizə tədbirləri həyata keçirir. Amma onların əsas missiyası aşkar edib həbs etməkdir. Hazırda narkomaniya üçün tək polisin yox bütün cəmiyyətin mütəşəkkil formada mübarizə aparması lazımdır. Kimsə düşünməsin ki, onun övladı narkotikə qurşanmayıbsa faciənin ona aidyyatı yoxdur. Əziz atalar və əziz analar narkotik bu gün xarabalıqlardan, dalanlardan çıxıb rahatlıqla hər gün gəzdiyimiz küçələrlə evlərimizə gəlir. O yoldadır. Bu gün ona dur deməsək bir gün mütləq bizim  də qapımızı döyüb ailə üzvlərimizin birinə bulaşacaq. Bu gün öz övladınızı xilas etmək üçün o birini qorumaq lazımdır. Sükunətimiz bu bəlanın daha geniş yayılması üçün əlverişli şərait yaradır. Bu yolla biz ona isti qucaq açırıq. Gəl-gəl deyirik.

Cəlal Fərzəliyev

7times.az