Ölkə

Quba Regional Meşə Təsərrüfatı Mərkəzində nə baş verib?

Quba Regional Meşə Təsərrüfatı Mərkəzində nə baş verib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında keçirilən iclasda gərgin anlar yaşanıb.

“7Times.az” xəbər verir ki,mərkəzin direktoru Elvin Baxışov iclasda idarənin bir xanım əməkdaşının ünvanına ağır sözlər ünvanlayaraq onu qeyri-etik bir formada təhqir edib.Buna səbəb isə həmin əməkdaşla mərkəzin əvvəlki direktoru ilə aralarında olan watsap yazışmalarının üzə çıxması olub.Belə ki,həmin yazışmalarda sözügedən əməkdaşın keçmiş direktora,mərkəzdə baş verən neqativ hallar barədə mütamadi məlumat verməsi üzə çıxıb.Bundan xəbər tutan Elvin Baxışov iclasa həmin xanım əməkdaşı buraxmayıb və toplantıda onun ünvanına ağır sözlər səsləndirib.

Qeyd:Məsələnin təfərrüatı etik prinsiplərə zidd olduğu üçün baş verən olayın pərdəarxası məqamları barədə bəhs etmirik!

Aynur

7Times.az