Ölkə

Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühiti qiymətləndirilib -FOTO

Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühiti qiymətləndirilib -FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Xaçmaz rayonunda Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsilayihəsini icara etmişdir.

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 05 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Xaçmaz  rayonunda  icra etmişdir.

Layihədə Xaşmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Didarov Tariel və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz rayonu üzrə nümayəndəsi Azər Pənahov  iştirak etmişdir.

Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Didarov Tariel  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə “Regionların sosal-iqtisadi inkişafı” dövlət prorqamının faydaları haqqında geniş məlumat verdi.

Layihə rəhbəri Sənan Yəhya layihənin donoru və layihənin məqsədləri (Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək,  investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətləri müzakirə edilməsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. Vəzifələri isə regionda sahibkarlarla görüşərək, sorğu metodu ilə qiymətləndirmələrin aparılması haqqında sahibkarlara geniş məlumat verdi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz  rayonu üzrə nümayəndəsi Azər Pənahov agentliyin yaranma tarixi və həyata  keçirdiyi fəaliyyətlər haqqında geniş məlumat verib.

Daha sonra layihə rəhbəri Sənan Yəhya sahibkarlara dövlət tərəfindən yaradılan fürsətlər və dəstəklər haqqına geniş məlumat verib Eyni zamanda sahibkarları maraqlandıran suallar cavabladırılıb.