Siyasət

Quldura səsini qaldırmayıb, atəşkəs çağırışı etmək… – Çelik

"Paşinyan rəhbərliyi özünü yaramaz bir dövlət kimi aparır".

Quldura səsini qaldırmayıb, atəşkəs çağırışı etmək… – Çelikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quldur Ermənistana qarşı səsini qaldırmayıb, atəşkəs çağırışı etmək açıq şəkildə qanun pozuntusudur.

7times.az xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib.

“Paşinyan rəhbərliyi özünü yaramaz bir dövlət kimi aparır. Qanunsuz təcavüzlər, mülki itkilər və hər cür qanuni dəyərlərə qarşı hücumlar var. Minsk qrupu Azərbaycan və Ermənistanı iki bərabər tərəziyə qoyaraq davranmağa çalışır, ancaq iki bərabər tərəzi yoxdur.

Əvvəllər də Azərbaycana qarşı çirkin və ədalətsiz hücumu qınadığımız üçün deyə bilərəm ki, hər gün prosesləri izləyirik. Ermənistan Gəncəyə bomba ataraq atəşkəsi pozdu. Onlar hücum edərkən heç bir problem olmur, Azərbaycan torpaqlarına sahib çıxdıqca atəşkəs çağırışları edilir”, – Çelik qeyd edib. axar.az