İdman

Qurban Qurbanov Rusiya klubundan təklif aldı –  “Qarabağ”dan gedir?

Qurban Qurbanov Rusiya klubundan təklif aldı –  “Qarabağ”dan gedir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ximki” klubu Qurban Qurbanovu baş məşqçi postunda görmək istəyib. “Qarabağ”ın baş məşqçisi isə bundan imtina edib.

 

7Times.az xəbər verir ki, bu haqda rusiyalı jurnalist İvan Karpov teleqram kanalında məlumat paylaşıb.

“Offsideplus.az”a açıqlamasında Qurban Qurbanov bu məlumatı təsdiqləyib:

 

“Bəli, “Ximki” klubundan təklif gəlib. Təbii ki, belə bir təklifin olması xoşdur. Amma mən əvvəlki açıqlamalarımda da demişəm ki, yalnız və yalnız “Qarabağ”ı düşünürəm. Bu təklifə görə onlara təşəkkür etdim və “Qarabağ”da qalacağımı açıqladım”.