DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
“7Times.az” xəbər verir ki,bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır.
Follow @7timesaz