Qusar

Qusar rayonunda Polis Günü qeyd edilib – Fotolar 

Qusar rayonunda Polis Günü qeyd edilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunda Polis Günü qeyd edilib.

7Times.az xəbər verir ki, polis əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən, RİH baıçısının birinci müavini Şahid Fərəməzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzüməklə, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam edib.

Tədbirdə çıxış edən Şahid Fərəməzov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanına əsasən hər il iyulun 2-də ölkəmizdə Polis əməkdaşlarının peşə bayramı kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, rayon polis şöbəsinin əməkdaşları da qanunlara, xalqa, vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirmiş,  ictimai asayişin, vətəndsaşların hüquq və azadlıqların qorunmasında əzmlə çalışıblar.

Tədbirdə çıxış edən rayon Prokuroru Elxan Əbdurrəhmanov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Azər Əfəndiyev Azərbaycan dövlətinin formalaşdırılmasında, milli maraqlarının qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışaraq, Azərbaycan polisinin yarandığı gündən ictimai asayışın və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən daim layiqincə gəlməyə  çalışdıqlarını bildirin, peşə bayramı münasibətilə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə bir sıra polis əməkdaşlarının rütbələrinin artırıldığını, Rayon Polis Şöbəsi rəisinin əmri ilə xidmətdə fərqlənən əməkdaşlara pul mükafatlarının verildiyini qeyd edib.

Tədbirin sonunda nümunəvi xidməti ilə fərqlənən rayon Polis şöbəsinin əməkdaşlarına Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Müşfiq Qərib

7Times.az