Kriminal

Qusar sakinlərində marixuana aşkarlandı

Qusar sakinlərində marixuana aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıb.

DİN-in mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.