Qusar RPŞ-nin DYP bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.
7times.az xəbər verir ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 10 nəfər barəsində müvafiq tədbir görülüb.
7times.az-a məlumat verən Qusar RPŞ-nin DYP bölməsinin baş dövlət avtomobil müfəttişi Natiq Müzəffərov piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdiriləcəyini bildirib.
Follow @7timesaz