Siyasət

Ramiz Mehdiyev daha bir açıqlama yaydı: “Şərəf və ləyaqəti məhkəmədə qorumaq…”

Ramiz Mehdiyev daha bir açıqlama yaydı: “Şərəf və ləyaqəti məhkəmədə qorumaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Ramiz Mehdiyevin deputaları məhkəməyə verməsi haqda yayılan xəbərlə bağlı açıqlama ilə çıxış edib.

7times.az xəbər verir ki, açıqlamada deyilir ki, bu gün bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bir qrup deputatı məhkəməyə verdiyinə dair əsassız məlumatlar yayılıb:

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu xəbər həqiqəti qətiyyən əks etdirmir və akademik Ramiz Mehdiyev heç bir millət vəkili ilə bağlı məhkəməyə müraciət etməyib. Bir daha xatırlatmaq istəyirik ki, AMEA prezidenti hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır.

Bir daha ölkə KİV-lərini əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. KİV redaktorları öz oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını yalan məlumatlarla almamalıdırlar”.