“Ermənistanın millətçi-revanşistləri qonşularımızın dəstəyi və qızışdırması ilə yenidən milləti qırğına aparmaq və müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə olduğunu anlamır. Görünür, onlar bu yaramazlıqları ilə heç bir zaman Azərbaycan xalqını sındıra bilməyəcəklərini, əksinə kişili-qadınlı hamının bir yumruq kimi birləşərək, ən azı 5 milyon əhalini vətən müharibəsini axırıncı qələbəyə qədər davam etdirmək istəyən əsgərə çevirəcəyini anlamırlar…”
7times.az–ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.
Sabiq spiker qeyd edib ki, Ermənistanın baş nazirinin bəyanatlarına baxmayaraq, bu hadisələrin qarşısını ala bilmədiyi göz önündədir: “Bu, onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq üçün Putin rejiminin yeni taktikasıdır. Son zamanlar baş vermiş hadisələr erməni revanşistlərinin arxasında kimlərin dayandığını, hesab edirəm ki, tam aydınlığı ilə göstərmiş oldu. Azərbaycanın suveren torpağında əsgərlərimizə qarşı terror edənləri Ermənistana təhvil vermək nə deməkdir?! Düşünürəm ki, Azərbaycan aqressiyanın qarşısını qətiyyətlə almaq, terrorçuları məhv etməklə yanaşı, özünü təmkinli aparsa, müharibə etmək istəmədiyini, Ermənistanın ərazisində gözü olmadığını göstərsə, daxildən revanşistləri sarsıda bilər. Paşinyan erməni xalqının tanınmış nümayəndələrinin iştirakı ilə böyük bir mitinq təşkil edib Azərbaycanla sülh bağlamağa hazır olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərsə, hər tərəfli udmuş olar. Bu, ona öz xalqının gələcəyi üçün də lazımdır. Əks halda məhvə məhkumdurlar”.
Follow @7timesaz