Dünya

Roma Papası Rusiya və Ukraynanı sülhə çağırdı

Roma Papası Rusiya və Ukraynanı sülhə çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk rusları və ukraynalıları bir-birlərini bağışlamağa çağırıb.

7Times.az xarici mediaya istinadla bildirir ki, bu barədə Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov Papa ilə şəxsi söhbətinə istinadən məlumat verib.

Onun sözlərinə görə, Papa Rusiya və Ukraynanı da danışıqlar masasına oturmağa çağırıb.

Papa qeyd edib ki, xristian fəziləti qarşılıqlı bağışlama və insan həyatının qorunmasıdır.

Bundan əvvəl Roma Papası Fransisk Rusiya və Ukrayna başçıları Vladimir Putin və Vladimir Zelenski ilə daim görüşməyə hazır olduğunu bildirib.