Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri Rüfət Haciyevin ətrafında yaranan intiriqalar artıq daha intensiv hal almağa başlayıb.Bir zaman çalışdığı rayonda xüsusi nüfuz və hörmət sahibi olan bu şəxs son zamanlar artıq arzuolunmaz şəxsə çevrilib.Dəvət aldığı rayon tədbirlərinə qatılmır və üstəlik o tədbirlərdə belə icra başçıları tərəfindən sərt tənqid edilir.
Sonuncu belə bir hal barədə ötən sayımızda dərc etmişdik.Quba RİH-nin başçısı Ziyəddin Əliyev rayonda baş tutan tədbirlərin birində bütün tədbir iştirakçılarının qarşısında Regional təhsil idarəsinin müdiri Rüfət Haciyevi sərt tənqid edərək haqqında arzulounmaz ifadələr işlətmişdi.
İcra başçısının bu davranışına səbəb olan son hərəkət Rüfət Haciyevin ,Quba Soyqırımı Memorial Kompleksi ərazisinin satılmasına etiraz olaraq öz sosial şəbəkə hesabından paylaşdıqı status səbəb olmuşdu.İdarə müdiri bu paylaşımında “Quba Soyqırımı Memorial Kompleksi ərazisinin satılmasını şiddətlə qınayıram.Aidiyyatı şəxslərlə bağlı müvafiq tədbirlər görülməlidir.”sözlərini qeyd etmişdi.Elə bu status icra başçısı ilə idarə müdiri arasındakı gərginliyi hiddətləndirən son damla olmuşdu.Rüfət Haciyevin Quba-Xaçmaz Regional təhsil idarəsinə müdir təyin edilməsindən sonra inzibati dairələrlə daha məsafəli davranış sərgiləməyə başlayıb.Onun bu hərəkəti isə nəyinki Qubada həmçinin regionun digər rayonlarında da narazılıqların yaranmasına səbəb olub.Bu narazılıqların ən böyüyü isə əlbətki Qubada yaranıb.
Vəziyyət elə həddə gəlib yetişib ki,aidiyyatı olmayan yerli idarəetmə qrumlarında belə onun işi və özü daha yaxından təqib edilməyə başlanılıb.Və artıq bu narazılıqlar və təqiblər xautik bir mənzərənin ortaya çıxmasına şərait yaradıb.Daha dəqiq desək artıq bu mənzərə region təhsilinin idarəetməsində özünü göstərir.Necə deyərlər,artıq hərə öz cəbhəsini məlum edib paşa-paşa öz mübarizəsinə start verib.Təbii ki,bu mübarizənin əsas predmenti və silahı olan kompramantlar toplanılır və Rüfət Haciyevin vəzifədən uzaqlaşdırılması üçün pərakəndə formada səfərbər edilir.
Artıq bu xautik durum günü-gündən daha intensiv hal almağa başlayıb.Bu vəzifəyə təyin edildikdən sonra qürura qapılıb öz “MƏN”-i ilə həmahəng olan Rüfət Haciyev isə daha aqressiv davranışlar sərgiləməklə ətrafında yaranan bu bataqlıqı daha da dərinləşdirir.
Tomas Sasın belə bir sözü var.Deyir müəllim maksimum avtoritetə və minimum hakimiyyətə malikdir.Rüfət Haciyev çox güman ki bu davranışları ilə Tomasın özünü belə mütləq avtoritetlə mat edərdi.
Amma görünən odur ki,bu xautik mənzərə kimlərinsə ənənəvi vərdişlərinin və “adət”lərinin pozulmasının da bir nəticəsi ola bilər.Bütün bunların ən məqbul nəticəsi isə odur ki,mövcud vəziyyət region təhsilindəki prosesləri dərin bir quyunun dibinə dartmaqda davam edir.Təhsil Nazirliyinin şimal regionuna təhkim edilmiş rəhbər şəxsləri isə hələki bu mənzərəyə susqunluq nümayiş etdirir.
Qapıların döyülüb,yaxaların dartılıb cırılan zamanını gözləyirlər sanki…
Aytən Sarayev.
7Times.az
Follow @7timesaz