Əminəm ki, siz öz fəaliyyətinizlə iki ölkə arasındakı əlaqələrə dəyərli töhfə verəcəksiniz və bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.
7times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib.
“Bildiyiniz kimi, son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olubdur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı. Bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir. Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk”, – İ.Əliyev qeyd edib.
Follow @7timesaz