O deyib ki, Qarabağ məsələsi hələ 1994-cü ildə həll edilə bilərdi. “Həmin vaxt əlverişli imkan və fürsət yaranmışdı. Lakin şans qaçırıldı”.
Zatulin bildirib ki, Şuşa şəhəri bütün sənədlərdə qeyd olunan 7 rayona daxil deyil. “Şuşanın məlum 7 rayona heç bir aidiyyatı yoxdur. Ona görə də, Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək hüququ olmalıdır. Qarabağ “müstəqil” olmalıdır”.
Qeyd edək ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının deputatından daha çox, Ermənistanın vəkili kimi şıxış edir. Onun bütün açıqlamalarında Azərbaycana qarşı qəzəb var. Bu da səbəbsiz deyil. Çünki Zatulin Rusiyanın Soçi şəhərindən deputat seçilib. Orada isə çoxlu sayda erməni seçici yaşayır. Həmçinin erməni diasporu vaxtaşırı onun boğazını “yağlamaqla” özlərinə işlətməyə nail olub. Sonucu açıqlaması isə həyasızlığın son həddidir./jamaz.info
Follow @7timesaz