Siyasət

“Rus sülhməramlıları Qarabağdan getməlidirlər” – Stepan Danielyandan ŞOK AÇIQLAMA

“Rus sülhməramlıları Qarabağdan getməlidirlər” – Stepan Danielyandan ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni politoloq Stepan Danielyana görə, Azərbaycanın indi bir neçə hədəfi var.

7Times.az erməni mətbuatına istinadən xəbər verir ki, Danielyan bu fikirləri yerli saytlara verdiyi açıqlamasında səsləndirib:

“Azərbaycan anklavlar və yollar məsələsini həll etməyə çalışır.  İkincisi, ərazi bütövlüyünün tanınması tələbini irəli sürür. Türkiyə isə tarixi problemlərin münasibətlər kontekstində müzakirə edilməməsinin tərəfdarıdır. Burada söhbət  “erməni soyqırımı”nın tanınmasından gedir.  Azərbaycan və Türkiyə hər şeyi əldə etmək istəyir” – Danielyan vurğulayıb.

“Rusiya vasitəçilik funksiyasına malik olduğundan, açıq şəkildə Ermənistan-Azərbaycan arasında debata girmək istəmir. Daxili müzakirələrdə isə Rusiyanın öz marağı var. Çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısa, o zaman “ruslar orada nə etməlidir” sualı yaranacaq. Əlbəttə ki, belə halda  ruslar getməlidirlər, çünki Azərbaycan sülhməramlıların statusunu tanımayıb” – erməni politoloq bildirib.

Stepan Danielyana görə növbəti sual ortaya çıxa bilər: Bütün bunların fonunda Rusiya Cənubi Qafqazda nə edir? Türkiyənin Orta Asiyada türkdilli ölkələrin konfederasiyası məsələsini təbliğ edəcəyini nəzərə alsaq, Rusiya nə etməlidir? Lakin suallar açıq qalır. Anladığım qədərilə Rusiya indi Azərbaycanla konfliktə girməməyə çalışır. Bu və ya digər formada vaxt qazanmaq istəyir. Ancaq tez ya gec, bu toqquşma baş verməlidir. Çünki maraqlar 180 dərəcə toqquşur”- deyə danielyan fikirlərini tamamlayıb.

 

KONKRET.az